J. Cole | |
---|---|
ing. J. Cole | |
Ümumi məlumatlar | |
Doğum adı | Jermaine Lamarr Cole[1] |
Ləqəbləri | J. Cole, The Therapist, Hollywood Cole, Kill Edward, Cole World |
Doğum tarixi | 28 yanvar 1985 (39 yaş) |
Doğum yeri | Fayetteville, Şimali Karolina, ABŞ |
Həyat yoldaşı | Melissa Heholt |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | reper, mahnı sözü yazarı, prodüser |
Fəaliyyət illəri | 2007 - aktiv |
Janr | Hip hop |
Musiqi aləti |
vokal piano |
Albom şirkətləri | Dreamville, Roc Nation, Interscope, Columbia, ByStorm |
Əlaqəsi |
Bas Drake Elite Jay-Z Kaye Foxx Kendrick Lamar Omen Wale JID |
Mükafatları | List of awards and nominations |
dreamville.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni-mahnı yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı.
Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Pianonu öz-özünə öyrənən Cole, rep karyerası ilə yanaşı həm də prodüserdir, Kendrik Lamar və Janet Jackson kimi sənətkarlar üçün sinqllar hazırlayır, öz layihələrində musiqinin hazırlanmasının əksər hissəsini özü idarə edir. O, həmçinin "Dreamville Records" daxil olmaqla və "Dreamville Foundation" kimi mənfəət güdməyən digər təşkilatları da inkişaf etdirmişdir. 2015-ci ilin yanvarında Cole, Şimali Karolina ştatındakı Fayetteville-dəki uşaqlığını keçirdiyi evində tənha anaların kirayə haqqı ödəmədən qalmasını təmin etdi.